"NEFTÇİ"NİN OYUNU BELÇİKALILARA HƏVALƏ OLUNDU

"NEFTÇİ"NİN OYUNU BELÇİKALILARA HƏVALƏ OLUNDU
Futbol
18 İyul 2016 - 11:15
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Şkendiya" - "Neftçi" oyununu idarə edəcək hakimlər briqadası bəlli olub.


Supersport.Az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib.


Baş hakim: Erik Lambrext

Yan xətt hakimləri: Karel De Roker, Jo De Vayr

4-cü hakim: Frederik Qeldolf (hamısı Belçika)

Hakim-inspektor: Nikola Qriqoresku (Rumıniya)

UEFA nümayəndəsi: Kreyford Uilson (Şimali İrlandiya)



Qeyd edək ki, sözügedən oyun iyulun 21-də keçiriləcək.


Xatırladaq ki, ilk qarşılaşmada "Neftçi" doğma meydanda "Şkendiya" ilə 0:0 hesablı heç-heçə edib.


 

Digər xəbərlər