ŞAHMATÇIMIZ GİDEON YAFET MEMORİALINDA LİDERLİK EDİR

ŞAHMATÇIMIZ GİDEON YAFET MEMORİALINDA LİDERLİK EDİR
Şahmat, Digər
16 İyul 2016 - 13:12
Qüdsdə şahmat üzrə Gideon Yafet Memorialı başa çatmaq üzrədir. Yarışın mükafat fondu 55 min şekeldir.

Supersport.Az xəbər verir ki, “A” turnirində son turdan əvvəl Azərbaycan qrossmeysteri Arkadi Naydiç liderlik edir. O, mümkün 6 xaldan 5,5 xal toplayıb. Rusiyalı Mixail Antipov, Daniil Yuffa, israilli Tal Baron, Tamir Nabati və Aleksandr Xuzman ondan bir xal geri qalır.

Sonuncu turun püşkatmasına əsasən qara fiqurlarla oynayacaq Arkadi Naydiç Mixail Antipovla qarşılaşacaq.

Xatırladaq ki, open “A” turnirində 6 ölkədən 50 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir.

Gideon Yafet Memorialı İsveçrə sistemi üzrə 7 turda keçirilir.

Digər xəbərlər