BASKETBOL MİLLİMİZ AVROPA ÇEMPİONU OLDU

BASKETBOL MİLLİMİZ AVROPA ÇEMPİONU OLDU
Digər, Basketbol
16 İyul 2016 - 11:56


18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunun qalibi olub. Supersport.Az saytının məlumatına görə, San-Marinoda keçirilən yarışın final matçında yığmamız Andorraya qalib gəlib. Son çempionla qrupda da üz-üzə gələn Tahir Baxşıyevin yetirmələri ilk matçda aldığı 59:69 hesablı məğlubiyyətin əvəzini finalda çıxmağa müvəffəq olub. Belə ki, ilk üç hissədə rəqibindən güclü olan millimiz 74:57 (12:11, 20:13, 19:8, 23:25) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupda Andorra (59:69), Cəbəllütariq (89:54), Monako (79:61) ilə qarşılaşan komandamız yarımfinalda Kosovodan güclü olub – 77:66.

Digər xəbərlər