ÇEMPİONLAR LİQASI: "QARABAĞ"IN NÖVBƏTİ RƏQİBİ MÜƏYYƏNLƏŞDİ

ÇEMPİONLAR LİQASI: "QARABAĞ"IN NÖVBƏTİ RƏQİBİ MÜƏYYƏNLƏŞDİ
Futbol
15 İyul 2016 - 14:43
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Supersport.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 15 potensial cütlük müəyyənləşib.

Azərbaycan çempionu "Qarabağ" "Düdelanj" (Lüksemburq) səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cütlükləri belədir:

Çempion komandalar:

"Rusenborq" / "Nörçepinq" (Norveç) – APOEL (Kipr) / TNS (Uels) cütünün qalibi

"Dinamo" Zaqreb (Xorvatiya) / "Vardar" (Makedoniya) – "Dinamo" Tiblisi (Gürcüstan) / "Alaşkert (Ermənistan) cütünün qalibi

"Olimpiakos" (Yunanıstan") – "Şeriff" (Moldova) / "Hapoel" (Beer-Şeva, İsrail)

"Astana" (Qazaxıstan) / "Jalqris" (Litva) – "Seltik" (Şotlandiya) / "Linkoln" (Cəbəllütariq)

"Trençin" / "Olimpiya" (Sloveniya) – "Legiya" (Polşa) / "Zrinski" (Bosniya və Herseqovina)

"Viktoriya" Plzen (Çexiya) – "Qarabağ" (Azərbaycan) / "Düdelanj" (Lüksemburq)

"Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka) / "Kruzaders" (Şimali İrlandiya)

BATE Borisov (Belarus) / SJK (Finlandiya) – "Hafnarfyordur" (İslandiya) / "Dandolk" (İrlıandiya)

"Ludoqorets" (Bolqarıstan) / "Mladost" (Monteneqro) – "Srvena Zvezda" (Serbiya) / "Valetta" (Malta)

"Ferensvaroş" (Macarıstan) / "Partizani" (Albaniya) – "Zalsburq" (Avstriya) / "Liepaya" (Latviya)
Qeyri - çempionlar 

"Şaxtyor" (Donetsk, Ukrayna) – "Yanq Boys" (İsveçrə)

"Ayaks" (Hollandiya) – PAOK (Yunanıstan)

"Rostov" (Rusiya) – "Anderlext" (Belçika)

"Fənərbağça" (Türkiyə) – "Monako" (Fransa)

"Sparta" (Çexiya) – "Styaua" (Rumıniya)

Digər xəbərlər