AVROLİQADA DAHA BİR PÜŞK

AVROLİQADA DAHA BİR PÜŞK
Futbol
15 İyul 2016 - 07:51
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasının da 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.


Supersport.Az-ın məlumatına görə, qitənin ikinci dərəcəli yarışında ölkəmizi təmsil edən "Qəbələ", "Kəpəz" və "Neftçi" komandalarının növbəti rəqibləri məlum olacaq.




Hər üçün təmsilçimiz səpələnməmişlər sırasında qərarlaşıb. İkinci mərhələnin ilk oyununda Makedoniya "Şkendiya"sı ilə qolsuz bərabərə qalan "Neftçi", Avstriyada yerli "Admira"ya 0:1 hesabı ilə uduzan "Kəpəz" və Macarıstanda MTK-nı 2:1 məğlub edən "Qəbələ" mərhələdə adlasa, 3-cü təsnifat mərhələsində daha güclü komandalarla qarşılaşacaq. Bu sırada ötən mövsüm "Qəbələ" ilə Avroliqada qarşılaşmış "Krasnodar", "Panatinaikos", "Qarabağ"la oynamış "Sent Etyen", eləcə də "AZ Alkmaar", Moskva "Spartak"ı, Fransanın "Lill", İngiltərənin "Vest Hem" kimi klubları var.


Səpələnmişlər:


"AZ Alkmaar" (Niderland)

"Genk" (Belçika) - "Buduçnost" (Monteneqro) cütünün qalibi qalibi

"Lill" (Fransa)

"Sent-Etyen" (Fransa)

"Gent" (Belçika)

"Krasnodar" (Rusiya)

"Rapid" (Avstriya)

"Slovan" (Çexiya)

"Maribor” (Sloveniya) – "Levski” (Bolqarıstan) cütünün qalibi

"Makkabi” Təl-Əviv (İsrail) - "Kayrat” (Qazaxıstan) cütünün qalibi

"Spartak" (Moskva, Rusiya)

"Avstriya” (Avstriya) - "Kukesi” (Albaniya) cütünün qalibi

"Partizan” (Serbiya) - "Zaqlebiye” (Polşa) cütünün qalibi

"Vest Hem" (İngiltərə)

"Herta" (Almaniya)

"Panatinaikos" (Yunanıstan)

"Midtyulland” (Danimarka) - "Vaduts” (Lixtenşteyn) cütünün qalibi

"Riyeka" (Xorvatiya)

"Sassuolo" (İtaliya)

"Rio Ave" (Portuqaliya)

"Vorskla" (Ukrayna)

"Makkabi” (Hayfa, İsrail) - "Nomme Kalyu” (Estoniya) cütünün qalibi

HİK (Finlandiya) - "Beroe” (Bolqarıstan) cütünün qalibi

"Hayduk” (Xorvatiya) - "İaşi” (Rumıniya) cütünün qalibi

"Arouka" (Portuqaliya)

"Apollon" (Kipr)

"Mlada Boleslav" (Çexiya)

"Dinamo” (Belarus) - "Sent Patriks” (İrlandiya) cütünün qalibi

"Omoniya” (Kipr) - "Beytar” (İsrail) cütünün qalibi

Digər xəbərlər