İKİ BOKSÇUMUZ ÇEMPİONLUĞUN BİR ADDIMLIĞINDA - YENİLƏNİR

İKİ BOKSÇUMUZ ÇEMPİONLUĞUN BİR ADDIMLIĞINDA - YENİLƏNİR
Digər, Boks
25 İyun 2016 - 14:05


Bu gün Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinə yekun vurulacaq.

Supersport.Az saytının məlumatına görə, 2 çəki dərəcəsində həlledici döyüşə Azərbaycan yığmasının boksçuları da çıxacaqlar.

49 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Hüseynov ispaniyalı Samuel Karmona ilə qarşılaşacaq. Hər iki boksçu olimpiya lisenziyasını təmin etdiyindən, bu görüş formal xarakter daşıyır. Lakin həmvətənimiz doğma divarlar arasında rinqə çıxacağından, yarışı çempion kimi başa vurmaq arzusundadır.

81 kq

Son 2 görüşü döyüşmədən keçirən Teymur Məmmədov finalda almaniyalı Serge Mixellə üz-üzə gələcək. Rioda Azərbaycan yığmasının bayraqdarı olacaq yeganə namizəd yarışda da himnimizi səsləndirməyi hədəfləyib.

Qeyd edək ki, kişilərdən ibarət boks yığmamız artıq 9 lisenziyanı rəsmiləşdirib. Lakin Olimpiadaya tam heyətlə yollanmağımız da istisna deyil. Bunun üçün 75 kq çəki dərəcəsində təmsilçimiz Kamran Şahsuvarlının ¼ finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu məğlub etməlidir. Çünki bu çəki dərəcəsində ilk beşlik Rioya vəsiqə qazanır.

Digər xəbərlər