"ASLANLAR"DAN İKİNCİ TRANSFER

"ASLANLAR"DAN İKİNCİ TRANSFER
Futbol
23 İyun 2016 - 00:45
"Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirib.

Supersport.Az xəbər verir ki, İstanbul təmsilçisi "Akhisar Bələdiyyəspor"dan Uqo Rodalleqanın keçidini həll edib. Kolumbiyalı forvardın transferi üçün "cim bom" Akhisar klubuna 1,8 milyon avro ödəyəcək. 30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni klubunda illik 1,7 milyon avro qazanacaq.

Qeyd edək ki, "Qalatasaray" ötən gün "Bursaspor"dan Sərdar Əzizlə 4 illik müqavilə imzalamışdı.

Digər xəbərlər