İDMANA XƏRCLƏNƏN VƏSAİT 130 ÖLKƏNİN GƏLİRİNİ KEÇDİ

İDMANA XƏRCLƏNƏN VƏSAİT 130 ÖLKƏNİN GƏLİRİNİ KEÇDİ
Digər
22 İyun 2016 - 16:53
Supersport.Az-ın məlumatına görə, idmanın dünya iqtisadiyyatında payı böyüyür.

Bu il xərclərin 88 milyard dollara çatacağı gözlənilir.

İdmana sərf olunan vəsaitin gələn il 91 milyard, sonrakı illərdə isə 100 milyard dollara çatacağı proqnozlaşdırılır.

100 milyard dollara yaxınlaşan bu büdcə, 130 ölkənin gəlirindən çoxdur.

İdman qurğuları, geyimləri, tibb və fitnes mərkəzlərinin potenialı nəzərə alındıqda idman sənayesinin dəyərinin 600 milyard olduğu bildirilir.

Dünya Bankının məlumatına diqqət yetirdikdə Bolqarıstan, Tunis, Sloveniya, Estoniya, Malta və Keniya kimi ölkələrin gəliri, idmana xərclənən 100 milyard dollardan azdır.

Digər xəbərlər