"FORMULA-1": İLK TEST GÜNÜNDƏ QƏZA, 3 PİLOT YOLU SƏHV SALDI - VİDEO

"FORMULA-1": İLK TEST GÜNÜNDƏ QƏZA, 3 PİLOT YOLU SƏHV SALDI - VİDEO
Digər, Formula-1, Video
17 İyun 2016 - 22:48


Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinin birinci test yürüşündə qəza baş verib.

Supersport.Az saytının məlumatına görə, “Red Bull” komandasının pilotu Daniel Rikkardo idarəetməni itirib.

Nəticədə o, bolidi divara çırpıb. Bundan əlavə, 3 pilot döngələrdən birində istiqaməti səhv salıb. Bunlar “Haas” komandasının pilotu Esteban Qutyerres, “Renault”un pilotu Kevin Maqnussen və “Red Bull”un pilotu Daniil Kvyat olub.Belə ki, 16-cı döngədə sola dönməli olan pilotlar düz istiqamətdə hərəkət ediblər. Lakin yolun bağlı olduğunu görərək, sonradan istiqaməti düzəldiblər.

Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 19-da baş tutacaq.

 



Digər xəbərlər