RONALDODAN TƏNQİD: "ELƏ SEVİNDİLƏR, SANKİ KUBOK QAZANIBLAR"

RONALDODAN TƏNQİD: "ELƏ SEVİNDİLƏR, SANKİ KUBOK QAZANIBLAR"
Futbol
15 İyun 2016 - 15:22
Supersport.Az-ın məlumatına görə, İslandiya yığmasını məğlub edə bilməyən Portuqaliya seçmə komandasının aparıcı futbolçusu Kriştiano Ronaldo əsəbi danışıb.

Təcrübəli futbolçu, rəqib komandanı sərt tənqid edib:

"Oyundan sonra elə sevinirdilər ki, sanki Avropa çempionatının kubokunu qazanıblar.
İslandiya yalnız müdafiədə oynadı. Rəqibin iki imkanından biri qol oldu. Heç hücum etməyi də düşünmədilər. Qapının qarşısına avtobus çəkib antifutbol oynadılar. Oyunun sonunda da heç-heçəyə elə sevindilər ki, sanki kubok qazanıblar. Bu, onların ağılsız olduğunu göstərir. Buna görə heç nə edə bilmirlər. Biz 90 dəqiqə ərzində qələbə üçün hər şeyi etdik, İslandiya isə bütün komanda ilə müdafiədə oturmuşdu. Çox sayda qol imkanlarımız olsa da, əksəriyyətini boşa verdik. Belə oyunlarda qalib gəlmək çətin olur. Onların bəxti gətirdi".

Digər xəbərlər