RONALDO VƏ İBRAHİMOVİÇ TARİXƏ DÜŞƏ BİLƏR

RONALDO VƏ İBRAHİMOVİÇ TARİXƏ DÜŞƏ BİLƏR
Futbol
12 İyun 2016 - 19:28
Supersport.Az-ın məlumatına görə, 15-ci Avropa çempionatında hər iki futbolçu qol vursa, adlarını turnirin tarixinə yazdıracaq.

Portuqaliyanın ulduz futbolçusu Kriştiano Ronaldo və isveçli Zlatan İbrahimoviç həm komandalarının uğurları, həm də şəxsi rekordlarını yaxşılaşdırmaq üçün çalışacaq.

ÜÇ TURNİRDƏ DƏ QOL

Karyeralarında əvvəlki 3 Avropa çempionatında da qol vuran iki ulduz, bu yarışda da fərqlənsə, tarixə düşəcək.

Ronaldo, milli komandasnın heyətində iki oyuna çıxacağı təqdirdə keçmiş ulduz Luiş Fiqunu keçəcək. Təcrübəli futbolçu, Avro-2004, 2008 və 2012-ci illərdə də iştirak edib.

Milli formayla çıxdığı 126 matçda 58 qol vuraraq ölkəsinin ən məhsuldar futbolçusu olan Kriştiano, ilk olaraq Portuqaliyanın ev sahibliyi etdiyi 2004-dəki çempionatda meydana çıxıb.

Ronaldo, Portuqaliyanın qrup mərhələsində, turniri zirvədə tamamlayan Yunanıstana 1-2 məğlub olduğu matçda komandasının tək qolunu vurub. İkinci qolunu isə həmin yarışın yarımfinalında Niderlandla qarşılaşmada qeyd edən futbolçu komandasını finala daşımaqda böyük rol oynamışdı.

Ronaldo, Avstriya ilə İsveçin birgə təşkil etdiyi Avro-2008-də isə qrup mərhələsində Çexiyanın qapısına yol tapsa da, Portuqaliyanın dörddəbirfinalda Almaniyaya uduzmasına mane ola bilmədi.

"Real Madrid"li ulduz, Avro-2012-də isə qrup mərhələsində Portuqaliyanın Niderlandı 2-1 məğlub etdiyi matçda komandasının qələbə qollarını vurub. Portuqaliyanın Çexiyaya qalib gəldiyo oyunda da fərqlənən Ronaldo, komandasının ən güclü 4 komanda sırasına düşməyində rol oynamışdı.

İbrahimoviç də rekord vurmaq istəyindədir.

Milli formayla çıxdığı 113 matçda 62 qol vuran Zlatan Ibrahimovic, İsveçin tarixində ən qolçu futbolçudur.

34 yaşlı futbolçu Avro-2004-də Bolqarıstan, İtaliya, 2008-ci ildə Yunanıstan, İspaniya və 2012-ci ildə Ukrayna, Fransa yığmalarına qol vurmağı bacarıb.

KİMLƏR PLATİNİNİ KEÇƏ BİLƏR?

Ronaldo və İbrahimoviç Avropa çempionatları tarixində ən məhsuldar futbolçu olmağa namizəddir.

Turnirdə 10 qarşılaşmağa çıxan 34 yaşlı İbrahimoviç və 14 oyunda iştirak edən Ronaldo hərəyə 6 qol vurub.

İngiltərə seçmə komandasının kapitanı Runi 6 matçda 5 qol vurmaqla digər iki futbolçunu izləyir.

Qol krallığı yarışında zirvədə isə Fransada 1984-cü ildə təşkil edilən çempionatda ev sahibi komandanın çempion olmasında, 5 oyunda vurduğu 9 qolla böyük pay sahibi olan keçmiş futbolçu Mişel Platinidir.

Avropa çempionatlarının bombardirləri:

9 qol: Mişel Platini (Fransa)

7 qol: Alan Şirer (İngiltərə)

6 qol: Zlatan İbrahimoviç (İsveç), Tyerri Anri (Fransa), Patrik Kluyvert (Niderland), Nuno Qomeş, Kriştiano Ronaldo (Portuqaliya), Ruud van Nistelrooy (Niderland).

 

Digər xəbərlər