Türkiyə - Xorvatiya: heyətlər

Türkiyə - Xorvatiya: heyətlər
Futbol
12 İyun 2016 - 02:26
Supersport.Az-ın məlumatına görə, 15-ci Avropa çempionatında bu gün Türkiyə ilk oyununu Xorvatiya yığmasına qarşı keçirəcək.

Ay-ulduzlu komanda dördüncü dəfə qatılacağı turnirin birinci qarşılaşmasında qalib gəlməyi və qrupda üstünlük qazanmağı qarşısına məqsəd qoyub.

"D" qrupunun bu oyunu Bakı vaxtıilə saat 17:00-da başlanacaq. Parisin

"Parc des Princes" stadionunda keçiriləcək matçı 42 yaşlı isveçli hakim Yonas Eriksson idarə edəcək.

Hər iki komandanın təxmini start heyəti

Türkiyə: Volkan Babacan, Gökhan Gönül, Mehmet Topal, Hakan Kadir Balta, Caner Erkin, Selçuk İnan, Ozan Tufan, Hakan Çalhanoğlu, Oğuzhan Özyakup, Arda Turan, Burak Yılmaz

Xorvatiya: Daniyel Subaşiç, Dariyo Srna, Domagoy Vida, Vedran Çorluka, İvan Striniç, Marselo Brozoviç, Luka Modriç, Marko Pyasa, İvan Rakitiç, İvan Perişiç, Mario Mancukiç

 

Digər xəbərlər