XORVATLARIN KAPİTANI TÜRKLƏRİ QRUPDA SAXLADI

XORVATLARIN KAPİTANI TÜRKLƏRİ QRUPDA SAXLADI
Futbol
11 İyun 2016 - 23:01
Supersport.Az-ın məlumatına görə, Avro-2016-nın ilk oyununda Türkiyə ilə qarşılaşacaq Xorvatiya seçmə komandasının kapitanı Dario Srna açıqlama verib.

Təcrübəli futbolçu qarşılaşmaya hərtərəfli hazır olduqlarını bildirib:

"Rəqib güclü komandadır. Qrupdan növbəti mərhələyə vəsiqə qazanacağımıza böyük ümidim var. Addım-addım irəliləyəcəyik".

34 yaşlı Srna 2008-ci ildə türklərə penaltilərlər məğlub olduqları oyunu xatırlayıb:

"O zaman böyük şok yaşadıq. Türkiyənin təcrübəli futbolçulara sahib olması üstünlüyü idi. Həm psixoloji, həm də fiziki baxımdan oyuna hazırıq. Bu rəqiblə yaddaşımızda xoş olmayan oyunumuz olub. Azarkeşlər 2008 fəlakətini unutmadı və məğlubiyyəti həzm etmədi. Ancaq biz bu qarşılaşmanı qisas kimi düşünmürük. Həmin oyun son saniyəyə qədər mübarizə aparmağın vacibliyini göstərdi. Türkiyə çox sağlam komandadır. Hər top uğrunda mübarizə aparır. Buna görə də çox çətin oyun olacaq".

Xorvatların kapitanı İspaniyanı favorit hesab edib:


"İspaniyanın ardından qrup ikincisi olaraq növbəti mərhələyə çıxacağımızı düşünürəm. Xorvatiya tarixində əna güclü heyətə malikdir və çempionatda məğlub edə bilməyəcəyimiz komanda yoxdur".


 

Digər xəbərlər