AFFA LİSENZİYALARI PAYLADI

AFFA LİSENZİYALARI PAYLADI
Futbol
10 İyun 2016 - 18:58
İyunun 10-da AFFA-nın inzibati binasında 2016-2017-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş futbol klublarının nümayəndələri ilə görüş keçirilib.

Supersport.Az xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov tərəfindən iştirakçılara lisenziyalaşdırma mövsümünün yekunları, statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək bəzi yeniliklərlə bağlı məlumat verilib.

Tədbirin sonunda iştirakçılara lisenziyalar və mövsüm ərzində lisenziyalaşdırma prosesində fəal iştirak edən klub nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.

Digər xəbərlər