AZƏRBAYCAN FUTBOLUNDA BİABIRÇILIQ: 20 MANAT YOXDUR

AZƏRBAYCAN FUTBOLUNDA BİABIRÇILIQ: 20 MANAT YOXDUR
Futbol
10 İyun 2016 - 18:40

“Xəzər Lənkəran”ın ölkə çempionatlarında çıxışını dayandırmasından sonra deyəsən, növbə “Rəvan”a çatıb. Belə ki, son mövsümü 9-cu pillədə başa vuran klub Azərbaycan Premyer Liqasında yerini qorusa da, növbəti mövsümdə iştirak üçün lisenziya ala bilmədi.

Supersport.Az xəbər verir ki, AFFA lisenziya ala bilməyən klublara, həmçinin “Rəvan”a iyunun 13-nə kimi vaxt qoyub. Ancaq bu gedişlə klub çətin ki, lisenziya tələblərinə cavab versin.

Klubda nəinki borclarını ödəməyə, heç saytının fəaliyyətini davam etdirməsi üçün 20 manat da yoxdu. Belə ki, artıq bir müddətdi saytın illik fəaliyyəti üçün gərəkən 20 manat ödənilmədiyindən, klubun elektron ünvanının fəaliyyəti dayandırılıb. İndi “Rəvan”ın saytına daxil olan istifadəçiləri “Rəvan” haqda yeni məlumatlar yox, “Sayt borcdan bağlanıb!” cümləsi qarşılayır.



 

Digər xəbərlər