SUARESDƏN BAŞ MƏŞQÇİYƏ SƏRT ETİRAZ - VİDEO

SUARESDƏN BAŞ MƏŞQÇİYƏ SƏRT ETİRAZ - VİDEO
Futbol, Video
10 İyun 2016 - 13:10
Uruqvay millisinin ulduz futbolçusu Luis Suares Amerika kubokunun qrup mərhələsində Venesuela ilə oyunu kənardan izləməli olub. Supersport.Az-ın məlumatına görə, zədə səbəbindən ehtiyat oyunçular skamyasında əyləşən hücumçu matçın sonlarına yaxın meydana daxil olmaq istəsə də, məşqçilər korpusu buna icazə verməyib.

“Barselona”nın forvardı isə buna kəskin etirazını bildirib.

Qeyd edək ki, rəqibinə 0:1 hesabı ilə uduzan Uruqvay millisi qrupda qalıb.


 

 

 

 

 

 

 

Digər xəbərlər