"ZİRƏ"NİN HAZIRLIQ PLANI MƏLUM OLDU

"ZİRƏ"NİN HAZIRLIQ PLANI MƏLUM OLDU
Futbol
10 İyun 2016 - 12:51
"Zirə" futbol klubunun yeni mövsüm üçün hazırlıq planı məlum olub.

Supersport.Az xəbər verir ki, komanda iyunun 20-də bir araya gələcək. Əvvəlcə komanda üzvləri tibbi müayinədən keçəcəklər. Məşqlərə isə iyunun 22-də start veriləcək. Baş məşqçi Adil Şükürov hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. “Zirə” iyulun 16-dək ölkə daxilində məşq edəcək və bu müddətdə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

İyulun 16-da “Zirə” təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.

Digər xəbərlər