"ÇELSİ", MOURİNYO MƏHKƏMƏDƏ HƏKİMƏ UDUZDU, ÜZR İSTƏDİ

"ÇELSİ", MOURİNYO MƏHKƏMƏDƏ HƏKİMƏ UDUZDU, ÜZR İSTƏDİ
Futbol
07 İyun 2016 - 22:49
Supersport.Az-ın məlumatına görə, "Çelsi"də çalışdığı zaman portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə klubun keçmiş həkimi Eva Karneyro arasında uzun müddət davam edən problemə son qoyulub.

Yeddi ay əvvəl, Premyer Liqanın ilk turunda məşqçi ilə doktor arasında gərginlik baş vermişdi. Həkim klubu məhkəməyə vermişdi. "Çelsi"nin iddiasından əl çəkməsi üçün Karneyroya 1,2 milyon sterlinq təklif etdiyi, ancaq 42 yaşlı doktor bunu qəbul etmədiyi məlumatı yayılmışdı.

Bu gün klub prezidenti Bryus Bak və keçmiş baş məşqçi Joze Mourinyonun da iştirak etdiyi məhkəmə prosesindən sonra London təmsilçisi saytında açıqlama yayıb.

Hadisələrin bu mərhələyə gəlməsinə təəssüflənən "Çelsi", Karneyrodan və ailəsindən üzr istəyib. Həkimin peşəkar olduğu və vəzifəsini yüksək səviyyədə icra etdiyi vurğulanıb.

"Çelsi" mükəmməl dəstəyə görə Karneyroya təşəkkürünü bildirib və karyerasında uğurlar arzulayıb.

Doktor Karneyro isə məhkəmə başa çatdığından rahat olduğunu qeyd edib:

"Mənim və ailəm üçün çox çətin və məyusedici bir dövr oldu. İndi həyata davam etməyi dörd gözlə gözləyirəm".

Xatırladaq ki, "Çelşi" - "Swansea City" oyununda Eden Hazarda yardım etmək üçün meydana daxil olarkən həkim Karneyroya qarşı sərt hərəkət edən Mourinyo, komandasının 9 futbolçu ilə qaldığını bildirərək, bu müdaxiləni lazımsız hesab etmişdi. Portuqaliyalı mütəxəssisin hətta doktoru təhqir etdiyi haqda xəbər yayılmışdı. Həkim komandadan ayrılmağa qərar vermişdi. 2009-cu ildən "Çelsi"də çalışan Karneyro klub və Mourinyodan məhkəməyə şikayət etmişdi.

 

Digər xəbərlər