DAHİ İDMANÇI MƏHƏMMƏD ƏLİ DÜNYADAN KÖÇDÜ

DAHİ İDMANÇI MƏHƏMMƏD ƏLİ DÜNYADAN KÖÇDÜ
Boks
04 İyun 2016 - 16:01
Supersport.Az-ın məlumatına görə, dünya boksunun əfsanəsi Məhəmməd Əli vəfat edib.

Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən 74 yaşlı dahi idmançı, tənəffüs yollarındakı narahatlıqla bağlı aparıldığı xəstəxanada dünyasını dəyişib. Məhəmməd Əli üçqat dünya çempionu idi.

Boks karyerasını dayandırdıqdan sonra, 1984-cü ildə parkinson xəstəliyinə tutulan və əsl adı Kassius Kley Marsel (Cassius Marcellus Clay Jr.) olan əfsanəvi boksçu 1964-cü ildə İslam dinini qəbul edərək Məhəmməd Əli adını almışdı.

O, 1964, 1974 və 1978-ci illərdə 3 dəfə ağır çəkidə dünya çempionu olmuşdu. Karyerasında 61 döyüşün 56-sından qələbə ilə ayrılan Məhəmməd Əli adını dünya idman tarixinə qızıl hərflərlə yazdırmışdı.

Digər xəbərlər