TÜRKİYƏ YIĞMASINDA İTKİ: ARDA TURAN ZƏDƏLƏNDİ

TÜRKİYƏ YIĞMASINDA İTKİ: ARDA TURAN ZƏDƏLƏNDİ
Futbol
01 İyun 2016 - 00:37
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatına hazırlaşan Türkiyə yığması problemlə üzləşib.

Baş məşqçi Fatih Terim dəvət etdiyi 23 futbolçunu məşq etdirib.

Bir saat davam edən hazırlıq zamanı əsas komandada Gökhan Gönül, Mehmet Topal, Hakan Kadir Balta, Caner Erkin, Selçuk İnan, Oğuzhan Özyakup, Ozan Tufan, Hakan Çalhanoğlu, Arda Turan və Burak Yılmaz yer alıb. Oyunun gedişində Oğuzhan Özyakupu Volkan Şen, Burak Yılmazı isə Cenk Tosun əvəzləyib.

Məşqin sonlarıında Ahmet Yılmaz Çalık ilə mübarizədə kapitan Arda Turan sağ ayağından zərbə alıb. Bu zaman yerə yıxılan Ardaya həkimlər yardım edib. Bundan sonra təcrübəli futbolçu meydanı qaçaraq tərk edib.

İkitərəfli oyunda Terim, futbolçulara "cəld olun" deyib, doğru hərəkət edərkən "Afərin" deyərək, futbolçulara dəstək verib.

Qeyd edək ki, iyunun 5-də Türkiyə Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək.

 

Digər xəbərlər