FRANSA HEYƏTİ AÇIQLADI

FRANSA HEYƏTİ AÇIQLADI
Futbol
31 May 2016 - 21:38


"Avro-2016"nın final mərhələsinə ev sahibliyi edəcək Fransa millisinin sözügedən turnir üçün yekun heyəti açıqlanıb.

Supersport.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Didye Deşam 23 nəfərlik heyətə aşağıda adları qeyd olunan futbolçuları daxil edib.


Qapıçılar:
Benua Kostil ("Renn"), Huqo Lloris ("Tottenhem"), Stiv Mandanda ("Marsel")

Müdafiəçilər: Lukas Din ("Roma"), Patris Evra ("Yuventus"), Kristof Jalle ("Lion"), Loren Koselni ("Arsenal"), Eliakvim Manqala, Bakari Sanya (hər ikisi "Mançester Siti"),Samuel Yumtiti ("Lion"), Adil Rami ("Sevilya")

Yarımmüdafiəçilər: Yohan Kabay ("Kristal Palas"), Lassana Diarra ("Marsel"), N'Qolo Kante ("Lester"), Blez Matyuidi (PSJ), Pol Poqba ("Yuventus"), Moussa Sissoko ("Nyukasl")

Hücumçular: Kingsli Koman ("Bavariya"), Andre-Pyer Jinyak ("Tiqres"), Olivye Jiru ("Arsenal"), Antuan Qrizmann ("Atletiko", Madrid), Antoni Marsyal ("Mançester Yunayted"), Dimitri Paye ("Vest Hem")
Qeyd edək ki, A qrupunda qərarlaşan Fransa yığması Rumıniya, Albaniya və İsveçrə ilə mübarizə aparacaq.

Digər xəbərlər