İŞİD "REAL MADRİD" FANATLARINI YENƏ ÖLDÜRDÜ

İŞİD "REAL MADRİD" FANATLARINI YENƏ ÖLDÜRDÜ
Futbol
31 May 2016 - 01:31
Supersport.Az-ın məlumatına görə, bir müddət əvvəl İraqın Bələd şəhərində "Real Madrid"in oyununu izləyən azarkeşlərə hücum zamanı 16 nəfərin ölümünə səbəb olan İŞİD, bu dəfə Çempionlar Liqası finalını izləyən fanatları atəşə tutub.

Bakuba şəhərində terrorçular "Real Madrid"in 12 iraqlı azarkeşini öldürüb.

İspaniya mətbuatın açıqlamasında bu haqda fanklub rəhbəri Ziad Albidani bunu təsdiq edib:

"Əvvəlki addımlarına çox oxşayırdı. Bu dəfə 12 azarkeş öldü, 8-i yaralandı. Ordu bizimlə məlumat paylaşmağı rədd edir. Burada baş verənlər çox pis hərəkətdir. Dünyada "Real Madrid" fanatlaırnın sevinməsinə mane olurlar".

"Real Madrid", İŞİD-in əvvəlki terrorundan sonra rəsmi saytında bəyanat yayaraq, cinayətkarları qınamışdı.

Digər xəbərlər