KİRSAN İLYUMJİNOV: "BAKI OLİMPİADALAR TARİXİNDƏ YENİ SƏHİFƏ AÇACAQ"

KİRSAN İLYUMJİNOV: "BAKI OLİMPİADALAR TARİXİNDƏ YENİ SƏHİFƏ AÇACAQ"
Şahmat, Digər
27 May 2016 - 21:04


FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb. Supersport.Az saytının məlumatına görə, Beynəlxalq Şahmat Federasiyasının rəhbəri paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişatından razı olduğunu bildirib.

İlyumjinov qeyd edib ki, Bakı indiyə qədər keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə, yarışın tarixində yeni səhifə açacaq.

Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənovun iştirak etdiyi görüşdə Bakı Şahmat Olimpiadasının hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu bildirilib.

Digər xəbərlər