AZAD RƏHİMOV: "O, DÜNYA ŞAHMATININ ULDUZU İDİ"

AZAD RƏHİMOV: "O, DÜNYA ŞAHMATININ ULDUZU İDİ"
Şahmat, Digər
26 May 2016 - 18:00
"Mərhum şahmatçımız Vüqar Həşimov aramızda olmasa da, biz onu daim ehtiramla xatırlayırıq. O, dünya şahmat ulduzu, Avropa çempionu idi. Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb. Bu turnir də onun xatirəsinə ehtiram əlamətidir".

Supersport.Az xəbər verir ki, bu sözləri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" super turnirinin açılış mərasimində iştirak edən gənclər və idman naziri Azad Rəhimov yarış haqda fikirlərini bölüşərkən deyib.

Nazir bildirib ki, "Shamkir Chess" turniri Azərbaycanda keçirilən və FİDE-nin təqvimində yer alan beynəlxalq yarışlar arasında xüsusi yer tutur. Turnir yüksək səviyyədə təşkil olunub. Şəmkir çox gözəl şəhərdir. Şahmatçılar da özlərini burada çox yaxşı hiss edirlər. Qarşıda şahmatsevərləri on maraqlı yarış günü gözləyir".

Digər xəbərlər