MİLLİMİZ "CIRTDAN ÖLKƏ" İLƏ BACARMADI

MİLLİMİZ "CIRTDAN ÖLKƏ" İLƏ BACARMADI
Futbol
26 May 2016 - 21:57
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama matçını keçirib.

Supersport.Az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda Andorra ilə qarşılaşıb.

Millimiz rəqibini məğlub edə bilməyib - 0:0.

Bu millimizin 2016-cı ildə ikinci oyunu olub. Komandamız mart ayında Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Qazaxıstana 0:1 hesabı ilə uduzmuşdu.

 

 

26 may

Yoxlama oyunu

20:00. Azərbaycan – Andorra

Digər xəbərlər