"İNTER" TÜRKİYƏNİ SEÇDİ

"İNTER" TÜRKİYƏNİ SEÇDİ
Futbol
25 May 2016 - 02:30
Supersport.Az-ın məlumatına görə, Bakının "İnter” klubunun yay hazırlıq planı müəyyənləşib.

Paytaxt təmsilçisi ölkə xaricinə çıxacaq. Belə ki, iyun ayının ortalarında toplaşacaq kollektiv əvvəlcə Bakıda hazırlıq keçəcək. Bir neçə günlük toplanışdan sonra "İnter" Türkiyəyə yollanacaq.

Premyer Liqadakı son mövsümü dördüncü pillədə başa vuran Bakı təmsilçisinin qardaş ölkədə hansı bölgələrdə məskunlaşacağı məlum olub. Qardaş ölkədə iki hissədən ibarət hazırlıq keçəcək "bankirlər" əvvəlcə Ərzurumda daha sonra isə Qızılcahamamda bir araya gələcək. Komandanın hansı rəqiblərlə qarşılaşacağı isə yaxın günlərdə bəlli olacaq.

Digər xəbərlər