QILINCOYNATMA ÜZRƏ PAYTAXT ÇEMPİONATININ QALİBLƏRİ MÜƏYYƏNLƏŞİB

QILINCOYNATMA ÜZRƏ PAYTAXT ÇEMPİONATININ QALİBLƏRİ MÜƏYYƏNLƏŞİB
Digər, Qılıncoynatma
24 May 2016 - 23:07
Qılıncoynatma üzrə Bakı çempionatı keçirilib.

Supersport.Az xəbər verir ki, yarışda beş klubdan 50-dək idmançı birincilik uğrunda mübarizə aparıb.

Kişilərin sablya yarışlarında Azər Tağıyev qızıl, Cavanşir Ağakişiyev gümüş, Cavanşir Səfərov və Elvin Rzazadə bürünc medala sahib olublar. Qadınlardan ibarət sablya millimizin əsas heyətinin Moskvada təlim-məşq toplanışı və Qran-pri turnirində iştirak etdiyi üçün yarış təxirə salınıb. Əsas heyət qayıtdıqdan sonra ayrıca yarış keçiriləcək.

Kişilərin şpaqa yarışlarında isə Etibar Namazov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vəkil Nəsibov yarışı ikinci, Nəcəf Məhərrəmov və Oktay Bagiyev isə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsində isə Məryəm Məlikova birinci, Elmira Xudaverdiyeva ikinci, Nübar Məlikova və Azərin İdriszadə isə üçüncü olublar.

Yarış iyunun 18-26-da Polşanın Torun şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

Digər xəbərlər