"BARSELONA" 28-Cİ DƏFƏ "KRAL" OLDU

"BARSELONA" 28-Cİ DƏFƏ "KRAL" OLDU
Futbol
23 May 2016 - 02:07
Supersport.Az-ın məlumatına görə, İspaniyada 2015-2016-cı il mövsümünün son yarışı Kral Kubokunun sahibi məlum olub.

Finalda "Barselona" "Sevilya"nı məğlub edib. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Buna görə də əlavə vaxt oynanılıb. Bu oyunda 36-cı dəqiqədə "Barsa"dan Xavyer Maşerano və əlavə vaxtda "Sevilya"nın üzvü Ever Baneqa, həmçinin Daniel Karriko meydandan kənarlaşdırılıb.

"Barselona" Xordi Alba (97) və Neymarın (120) vurduğu qolla qələbə qazanıb. Bununla Kataloniya klubu 28-ci dəfə Kral Kubokunu qazanıb.

 

 

Digər xəbərlər