YUNAN-ROMA YIĞMAMIZ DÜNYA KUBOKUNU ALTINCI SIRADA TAMAMLADI

YUNAN-ROMA YIĞMAMIZ DÜNYA KUBOKUNU ALTINCI SIRADA TAMAMLADI
Digər, Güləş
21 May 2016 - 22:45
İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edir.

Supersport.Az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayıb.

İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Belarus yığması ilə qarşılaşıb. Hesab bərabər olsa da qələbələrin keyfiyyətinə görə görüşü rəqib komanda qalib tamamlayıb. Gənc heyətlə yarışa qatılan yığmamız Dünya Kubokunu 6-cı sırada başa vurub.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.
























AZƏRBAYCAN - Türkiyə 3:5
59 kq - Taleh Məmmədov - Fatih Üçüncü 2:1
66 kq - Elman Muxtarov - Abdulsamet Günal 3:5
71 kq - Rüstəm Əliyev - Selçuk Can 9:0
75 kq - Şəmistan Quluzadə - Furkan Bayrak 0:9
80 kq - Emin Əhmədov - Burhan Akbudak 7:9
85 kq - İslam Abbasov - Kansu İldem 5:0
98 kq - Orxan Nuriyev - Fatih Başköy 0:2
130 kq - Oyan Nəzəriani - Atilla Güzel 0:2
AZƏRBAYCAN - Ukrayna 5:3
59 kq - Taleh Məmmədov - Yevgeni Miaqxi 4:2
66 kq - Azad Əliyev - Artur Politaev 8:6
71 kq - Ruhin Mikayılov - Oleksandr Litvinov 2:0
75 kq - Rüstəm Əliyev - Yevgeni Pişkov 3:0
80 kq - Emin Əhmədov - Yaroslav Filçakov 2:4
85 kq - İslam Abbasov - Oleksandr Şişman 1:3
98 kq - Orxan Nuriyev - Zelimxan Cihasov 2:0
130 kq - Oyan Nəzəriani - İqor Didik 2:4
AZƏRBAYCAN - İran 1:7
59 kq - Sakit Quliyev - Saman Murad Abduli 1:3
66 kq - Azad Əliyev - Omid Hacı Nooruzi 0:8
71 kq - Ruhin Mikayılov - Afşin Byabanqard 0:4
75 kq - Şəmistan Quluzadə - Saleh Boveyripayani 0:8
80 kq - Emin Əhmədov - Yusif Əhməd Gaderian 0:5
85 kq - İslam Abbasov - Hossein Ahmad Nuri 6:4
98 kq - Türmən Eyyubov - Mahdi Abbas Aliyarifeyzabadi 0:8
130 kq - Oyan Nəzəriani - Behnam Aliakbar Mehdizade 2:3
Belarus - AZƏRBAYCAN 4*:4 (16:16) (5-ci yer uğrunda)
59 kq - Elbek Tajyieu - Sakit Quliyev 0:8
66 kq - Mikita Zineviç - Elman Muxtarov 0:9
71 kq - Pavel Liax - Ruhin Mikayılov 4:1
75 kq - Tsimur Berdyieu - Şəmistan Quluzadə 4:0 (tuşe)
80 kq - Pavel Pavinçuk - Emin Əhmədov 1:0
85 kq - Hoha Hahnidze - İslam Abbasov 2:3
98 kq - Siarhei Staradub - Orxan Nuriyev 5:2
130 kq - Heorhi Çunaşvili - Oyan Nəzəriani 7:8
YEKUN
1. İran
2. Rusiya
3. Türkiyə
4. Qazaxstan
5. Belarus
6. AZƏRBAYCAN
7. Ukrayna
8. Almaniya

Digər xəbərlər