HAKİMİN BİABIRÇI SƏHVİ "XƏZƏR LƏNKƏRAN"I PREMYER LİQADAN KƏNARLAŞDIRDI - VİDEO

HAKİMİN BİABIRÇI SƏHVİ "XƏZƏR LƏNKƏRAN"I PREMYER LİQADAN KƏNARLAŞDIRDI - VİDEO
Futbol, Video
21 May 2016 - 03:02
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının son turu biabırçılıqla yadda qalıb.

36-cı turda səfərdə "Rəvan"la 2:2 hesablı heç-heçə edən "Xəzər Lənkəran" mövsümü son pillədə başa vurub. "Ağ-yaşıllar" bu oyunda qalib gəlsəydi, Premyer Liqada yerini qoruyub saxlayacaqdı. Lənkəran klubu oyunun son 8 dəqiqəsinə 2:1 hesabıyla öndə daxil olsa da, oyunun baş hakimi Ramil Diniyevin matçın 82-ci dəqiqəsində "Xəzər Lənkəran"ın qapısına rüsvayçı penalti təyin etməsi komandanı Premyer Liqadan kənar qoyub.

AFFA hakiminin biabrıçı qərarını xarici mətbuat da nəzərdən qaçırmayıb. Rusiyanın sports.ru saytı "Hakim səhvi Azərbaycan klubunu birinci liqaya göndərdi" başlıqlı məlumatda "Rəvan"ın oyunçusunun "Xəzər"in futbolçusuna zərbə vurduğu halda hakimin qonaq komandanın qapısına səhv olaraq penalti təyin etdiyini yazıb.

"Rəvan"ın kapitanı Ramazan Abbasov penlatini qola çevirərək hesabı 2:2 edib. "Rəvan" 18 xalla Premyer Liqada qalıb, "Xəzər" isə 15 xalla birinci liqaya yuvarlanıb.

Digər xəbərlər