AZƏRBAYCAN KANOEÇİSİ OLİMPİADAYA VƏSİQƏ QAZANA BİLMƏYİB

AZƏRBAYCAN KANOEÇİSİ OLİMPİADAYA VƏSİQƏ QAZANA BİLMƏYİB
Digər, Kayak - Kanoe
18 May 2016 - 22:20
Azərbaycan kanoeçisi Aleksey Kupin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında yarımfinal yürüşünə qatılıb.

Supersport.Az xəbər verir ki, Kupin 5 idmançının qatıldığı yürüşü 4-cü pillədə başa vurub.

Finişə 4 dəqiqə 1,562 saniyəyə tamamlayıb və yalnız estoniyalı Yosep Karlssonu (04:06.388) geridə qoya bilib. Azərbaycan təmsilçisi ilk "3-lüy"ə düşə bilmədiyindən, mübarizəni dayandırıb. Final mərhələsinə isə belaruslu Aleksey Maxnist (03:59.462), latviyalı Daqnis İlyins (03:59.817) və yunanıstanlı Stefanos Dimopulos (04:00.594) yüksəlib.

Bununla da Azərbaycanı "Rio-2016"da kayak və kanoe növündə 2 idmançının təmsil edəcəyi dəqiqləşib. Olimpiadaya ötənilki dünya çempionatında lisenziyanı təmin etmiş kayakçı İnna Osipenko-Radomska (200 metr və 500 metr) ilə kanoeçi Valentin Demyanenko (200 metr) yollanacaq.

Digər xəbərlər