"BEŞİKTAŞ"IN ÇEMPİONLUQ OYUNU

"BEŞİKTAŞ"IN ÇEMPİONLUQ OYUNU
Futbol
15 May 2016 - 00:55
Supersport.Az-ın məlumatına görə, bu gün Türkiyə Superliqasının 33-cü turunda lider "Beşiktaş" doğma divarlar arasında Avrokuboka vəsiqə qazanmağı hədəfləyən "Osmanlıspor"u sınağa çəkəcək.

"Qara qartal" meydandan 1 xalla ayrılsa belə çempionatın başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

"Vodafone Arena"da keçiriləcək kritik oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək. Qarşılaşma Bakı vaxtıilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, "Beşiktaş" 76 xalla birinci, "Osmanlıspor" 49 xalla beşincidir.

Digər xəbərlər