İRAN ÇEMPİONATINDA İKİNCİ TƏBRİZ KLUBU

İRAN ÇEMPİONATINDA İKİNCİ TƏBRİZ KLUBU
Futbol
10 May 2016 - 19:43
Yeni mövsümdən Cənubi Azərbaycanın paytaxtı Təbrizin daha bir klubu İran superliqasında çıxış edəcək. Supersport.Az-ın məlumatına görə, “Maşın Sazi” klubu yüksək liqadada oynamaq hüququ qazanıb.

İran I divizionun 37-ci turunda “Rəfsəncan”ı qəbul edən Təbriz təmsilçisi 3:0 hesabı ilə qalib gələrək xalını 63-ə yüksəldib. Bununla da ikinci pillədəki yerini möhkəmləndirən komanda son turun oyunundan asılı olmayaraq ilk “üçlük”dəki yerini qorumuş olub.

Beləliklə Təbriz təmsilçisi gələn mövsüm üçün İran superliqasına vəsiqəni təmin edib.

Xatırladaq ki, Təbrizin "Traktor Sazi" klubu da superliqada mübarizə aparır.

Digər xəbərlər