"ARSENAL"DAN "LESTER" FUTBOLÇULARINA 60 MİLYON FUNTSTERLİNQ

"ARSENAL"DAN "LESTER" FUTBOLÇULARINA 60 MİLYON FUNTSTERLİNQ
Futbol
10 May 2016 - 19:25

"Arsenal" klubu İngiltərə çempionluğunu qazanan "Lester"in iki aparıcı futbolçusu: N`Qolo Kante və Riyad Mahrezi transfer edir


Supersport.Az-ın məlumatına görə bu sensasiyalı transfer iddiası ilə Fransa mətbuatı çıxış edib. Belə ki, "topçular"ın artıq "tülkülər"lə danışıqlar apardığı da yazılıb. Transfer üçün "Arsenal" qarşı tərəfə 60 milyon ingilis funtu təklif edir.


Hər iki futbolçu "Lester"in tarixi ərzində ilk dəfə İngiltərə Premyer Liqası çempionluğunu qazanmasında böyük paya sahibdirlər. Əl Cəzair millisinin də şərəfini qoruyan Riyad Mahrezlə "Arsenal"la yanaşı "Liverpul", "Mançester Yunayted", "Tottenhem, İspaniyanın isə iki nəhəngi "Real"(Madrid) və "Barselona" kimi klublar da maraqlanır. Futbolçu isə "Lester"də oynamaqdan şərəf duyduğunu və çox xoşbəxt olduğunu bildirib.
Digər transfer hədəfində olan  futbolçu isə  Kantedir.


Digər xəbərlər