MİŞEL PLATİNİ İSTEFA VERDİ

MİŞEL PLATİNİ İSTEFA VERDİ
Futbol
09 May 2016 - 23:19
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) UEFA prezidentliyi vəzifəsi şübhə altına alınan Mişel Platini ilə bağlı qərar verib.

Platini, FİFA-dan 2 milyon İsveçrə frankı rüşvət almaqda ittiham olunaraq, ötən ilin oktyabrında 6 il müddətinə futboldan kənarlaşdırılmışdı. Buna görə də fransız futbol adamı CAS-a şikayət etmişdi.

Beynəlxalq İdman Arbitraj Məhkəməsi, Mişelin cəzasını 6 ildən 4 ilə endirib. Cəza tam ləğv olunmadığı üçün Platini UEFA prezidentliyindən istefa verib.

Digər xəbərlər