TAEKVONDO ÜZRƏ AÇIQ BİRİNCİLİK KEÇİRİLDİ

TAEKVONDO ÜZRƏ AÇIQ BİRİNCİLİK KEÇİRİLDİ
Digər, Taekvondo
09 May 2016 - 21:06
Mayın 7-8-də Sumqayıt Olimpiya İdman Komleksində ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» idman klubunun taekvondo üzrə açıq birinciliyi keçirilib.

Supersport.Az xəbər verir ki, yarışda paytaxt və bölgələri təmsil edən 47 komandadan 505 idmançı qüvvəsini sınayıb.

Birincilikdə oğlanlar və qızlar arasında 2002-2004-cü illər təvvəllüdlü yeniyetmələr, eləcə də 2005-2006-cı illər təvəllüdlü uşaqlar tatami üzərində mübarizə aparıb.

Birinciliyin açılış mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin sədri Xəzər İsayev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəli sükutla yad ediblər.

Daha sonra yarışlar açıq elan olunub. Azərbaycan Dövlət himni səsləndirilib. Ardınca yarışlara start verilib.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubu iki komandanın tərkibində (Bakı 1 saylı «Gömrükçü»İK, Göyçay 5 saylı «Gömrükçü»İK) 55 taekvondoçu (45 oğlan, 10 qız) ilə təmsil olundu.

Gərgin keçən yarışların yekununa əsasən ümumi komanda hesabında «Gömrükçü»İK birinci oldu. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Təhsil R.İ.M. və Fateh T.K. komandalarının təmsilçiləri tutublar. Yarışın mükafatçılarından başqa fərqlənən ən əzmkar idmançı Tahir Həbibli (Lənkəran T.İ.M),ən texnikalı idmançı İsmayıl İsmayılov (Təhsil R.İ.M), ən gənc idmançı Royal Ağayev (Gömrükçü) və ən yaxşı hakim Aygül Abdullayeva diplom təqdim olunub.

Digər xəbərlər