BƏDİİ GİMNASTLARIMIZ FRANSADA GÜMÜŞ MEDAL QOYMADI

BƏDİİ GİMNASTLARIMIZ FRANSADA GÜMÜŞ MEDAL QOYMADI
Digər, Gimnastika
09 May 2016 - 13:24
Ötən həftəsonu, Fransanın Korbey-Esson şəhərində “Souvenir Véronique DE KRISTOFFY” adlı beynəlxalq turnir keçirilib. Supersport.Az xəbər verir ki, Marina Durunda bu yarışlarda bir dəfəyə 5 gümüş medal qazanıb (çoxnövçülük, halqa, top, gürzlər və lent).

6-cı gümüş medalı Marina komanda hesabında komanda yoldaşları Gülsüm Şəfizadə və gənclər proqramı ilə çıxış edən İlahə Məmmədova ilə birlikdə qazanıb. Fərdi çoxnövçülükdə isə, Gülsüm və İlahə müvafiq olaraq, 11-ci və 8-ci yerlərdə qərarlaşıblar.

Həmçinin gümüş medala eyni vaxtda Brnoda (Çexiya) keçirilən gənclər arasında “Tart Cup” adlı beynəlxalq turnirdə iplə final hərəkətlərdə gimnast Veronika Qudis layiq görüldü.

Digər xəbərlər