ZLATAN İBRAHİMOVİÇ FRANSANIN ƏN YAXŞISI SEÇİLDİ

ZLATAN İBRAHİMOVİÇ FRANSANIN ƏN YAXŞISI SEÇİLDİ
Futbol
09 May 2016 - 13:12


Fransa Liqasında bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Supersport.Az-ın əldə etdiyi xəbərə görə, Fransa Peşəkar Futbolçular Milli İttifaqı  tərəfindən verilən mükafata PSJ-nin hücumçusu Zlatan İbrahimoviç layiq görülüb. O, bu mükafat uğrunda mübarizədə Lassano Diarra ("Marsel"), Hatem Ben Arfa ("Nitsa") və Anxel di Mariyanı (PSJ) qabaqlayıb.

Qeyd edək ki, Z.İbrahimoviç bu mövsüm Fransa Liqasında oynadığı 29 matçda 35 qol vurub və 13 qolun ötürməsini verib.

Digər xəbərlər