SADIQ SADIQOV: "AZƏRBAYCANDA CÜDONUN TƏMƏLİ ÇOX ZƏİFDİR, LAXLAYIR"

SADIQ SADIQOV: "AZƏRBAYCANDA CÜDONUN TƏMƏLİ ÇOX ZƏİFDİR, LAXLAYIR"
Digər, Cüdo
09 May 2016 - 01:38

"AZƏRBAYCANDA CÜDONUN TƏMƏLİ ÇOX ZƏİFDİR"


Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb.


Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Supersport.Az-a açıqlamasında fikirlərini bildirib.


"RÜSTƏM YAXŞI Kİ, TEZ TƏSLİM OLDU"


"Bizim üçün medal önəmlidir. Qorxurduq ki, idmançılarımızdan hansısa zədə alar. Rüstəmin epizodunu gördünüz, yaxşı ki, tez təslim oldu. Qolunda sınıq da ola bilərdi. Olimpiadaya ümidlərimizdən biri odur. Ən önəmli olimpiadadır. 5 ay ərzində əlimizdən gələni etmişik: ölkələrin çoxu ikinci, üçüncü heyəti gətirmişdi. Bizim də belə fikimiz var idi. Çünki biz də Kazandan yorğun gəlmişdik. Yarışdan cəmi 17 gün keçmişdi.


İdmançılarımızdan hansısa zədələnəndə onu əvəz edən iddialı biri olmalıdır. Digər dövlətlər bizə heyran qaldı. Həm təşkilatçılıqdan, həm də çıxışdan. Kazandakı Avropa çempionatını kölgədə qoyduq. İki idmançımız nəticə qazandı, buna da şükür. Əsas məqsəd olimpiadadır. İdmançılarımızın lisenziya xalına ehtiyacı yoxdur, çünki onu artıq qazanmışıq. Yarışın yüksək səviyyədə keçirilməsində "Neftçi" İdman Klubunun da payı var. İlk gün bir az texniki qüsurlar oldu, səsləndirmə ilə bağlı belə şeylər olur. Onu da tez zamanda aradan qaldırdıq. İki gündə hər şey super oldu. Biz göstərişi yerinə yetirdik. Heç bir yarışla da bəhsə girmirik. Öz vəzifəmizi yerinə yetirdik. Bizim çalışmağımızın əsas məqsədi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmaqdır. Avropa oyunlarından sonra Azərbaycanda yarışlar xüsusi keçirilməlidir. Gələcəkdə dünya çempionatını da keçirmək istəyirik. Həm zalın tərtibatı, aeroportda qarşılanma, hətta təhlükəsizlik belə qonaqları razı saldı".


"BİZ SIFIRDAN BAŞLAMALIYIQ"


Vitse-prezident futbolla müqayisədə cüdo sahəsində çalışmağın daha çətin olduğu qənaətindədir:


"Bilirsiniz ki, səmimi insanam. Hər bir məqçinin öz proqramı var. 1-2 günə görə heç nə tələb edə bilmərik. 10 minə yaxın yeniyetmə cüdo ilə məşğul olur. Bu futbol deyil, cüdodur. Məni titrətmə tutdu açığı. Yəni, cüdoya maraq böyükdür. Biz sıfırdan başlamalıyıq. Ağır yarışlar olur. Zədəli olmasına baxmayaraq iş gedir, yerimizdə saymayacayıq, işləyəcəyik.


"NAXÇIVAN İDMANÇILARI DEYİR Kİ, 10 İLDİR BİLMİRİK CÜDO NƏDİR"

İnfrasturktur və s. işlərlə bağlı federasiyanın öhdəlikləri var. Olimpiadaya qədər bunu həll etməyə məcburuq. Yeni plan qurulmalıdır ki, uğur qazanaq.  Bölgələrdə cüdo yoxdur. Naxçıvan idmançıları deyir ki, biz 10 ildir bilmirik cüdo nədir. Fiziki güclü uşaqlar var, onlarda da infrastruktur yoxdur. Cüdoda fiziki güc çox önəmlidir. Belə cavanlar məsələn, Cənub və Şimal bölgəsindən, eləcə də Naxçıvandan çox çıxır. Amma bu yerlərdə cüdo bazaları yoxdur. Bu problemləri aradan qaldırmalıyıq. Azərbaycanda cüdonun təməli çox zəifdir, laxlayır. Biz problemlərin həlli üçün çox çalışmalıyıq. Güləşə diqqət yetirək: bütün regionlarda inkişaf etdi, artıq legioner də yoxdur. Cüdoda da əsas məqsəd budur, bölgələr üzrə yaymaq".

Digər xəbərlər