MİLLİMİZDƏN 1 PİLLƏLİK İRƏLİLƏYİŞ

MİLLİMİZDƏN 1 PİLLƏLİK İRƏLİLƏYİŞ
Futbol
05 May 2016 - 13:02
Bu gün FİFA milli komandaların növbəti reytinqi açıqlanıb.

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dünyanın 209 yığması yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə bir pillə irəliləyib. Hazırda Robert Prosineçkinin komandası 269 xalla 133-cü pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 5-ci, Şimali İrlandiya 26-cı, Çexiya 29-cu, Norveç 49-cu, San-Marino isə 200-cü yeri tutur.

İlk onluqda isə aşağıdakı komandalar yer alıb:
1 (1). Argentina
2 (2). Belçika
3 (3). Çili
4 (4). Kolumbiya
5 (5). Almaniya
6 (6). İspaniya
7 (7). Braziliya
8 (8). Portuqaliya
9 (9). Uruqvay
10 (10). İngiltərə

Digər xəbərlər