MİLLİ KOMANDAMIZ ÜÇÜN 5 YENİ TAEKVONDOÇU

MİLLİ KOMANDAMIZ ÜÇÜN 5 YENİ TAEKVONDOÇU
Digər, Taekvondo
04 May 2016 - 23:37
Bu gün para-taekvondo yığma komandanın heyətini müəyyənləşdirmək məqsədiylə idmançılar arasında seçim xarakterli döyüşlər keçirilib. Supersport.Az xəbər verir ki, 17 idmançının qatıldığı döyüşlər Azərbaycan Taekvondo Federasiyasının idman zalında baş tutub.

Nəzərinizə çatdırq ki, millinin heyətində yer alan taekvondoçular sentyabr ayında Polşanın Varşava şəhərində təşkil ediləcək Avropa çempionatında ölkəmizi təmsil edəcək. Döyüşlərdə fərqlənən idmançıların siyahısını təqdim edirik:

Anar Hüseynov (K-41,-61 kq), Sahib Xasıyev (K-44,-61 kq), Rövşən Qəhrəmanlı (K-44,-61 kq), Namiq Abbasov (K-43,-61 kq), Əbülfəz Abuzərli (K-75 kq).

Digər xəbərlər