ANSİ AQOLLİ: "ÇEMPİONLAR LİQASININ QRUPUNA DÜŞMƏK ASAN DEYİL"

ANSİ AQOLLİ: "ÇEMPİONLAR LİQASININ QRUPUNA DÜŞMƏK ASAN DEYİL"
Futbol
03 May 2016 - 16:24
"YENƏ "QIZIL DUBL" ETMƏK İSTƏYİRİK"

Supersport.Az-a açıqlamasında tarixində dördüncü dəfə ölkə çempionu olan "Qarabağ" klubunun legioneri Ansi Aqolli belə deyib.

"Hər bir yarış və oyun bizim üçün vacibdir. Biz bütün ili çox çalışdıq və nəticəsini də gördük. Bu çempionatda qalib olmaq işimizin meyvəsi oldu. Biz albanlar sonadək mübarizə aparan xalqıq. İnşAllah ölkə kubokunu da qazanıb, yenə "qızıl dubl" etmək istəyirik. Hər birimiz Çempionlar Liqasının qrupunda olmaq arzusundayıq. Ancaq bilirik ki, güclü komandaların olduğu bu yarışda uğur qazanmaq asan deyil" - deyə, 34 yaşlı alban futbolçu bildirib.

Süleyman Kərimov

 

Digər xəbərlər