QVARDİOLA: "QƏLƏBƏ ÜÇÜN NƏ LAZIMDIRSA, ONU EDƏCƏYİK"

QVARDİOLA: "QƏLƏBƏ ÜÇÜN NƏ LAZIMDIRSA, ONU EDƏCƏYİK"
Futbol
03 May 2016 - 16:00
"YADDAN ÇIXARMASINLAR Kİ, AVROPANIN ƏN YAXŞI HÜCUMA MALİK KOMANDASIYIQ"

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyununda "Atletiko"nu qəbul edəcək "Bayern" klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

"Oyuna tam hazırıq" deyən təcrübəli mütəxəssis, "Qələbə qazanmaq üçün nə lazımdırsa, onu edəcəyik" bildirib.

Qvardiola rəqibin qapalı futbol oynadığını, daha çox müdafiəyə diqqət yetirdiyini söyləyib.

"Atletiko"nun hesabda üstün olduğunu xatırladan "Bayern"in üzvü Xavi Martines deyib:

"Yaddan çıxarmasınlar ki, Avropanın ən yaxşı hücuma malik komandasıyıq".

Futbolçu qarşılaşmanın ilk dəqiqələrindən aqressiv oynayacaqlarını, 70 min tamaşaçının böyük dəstək verəcəyini vurğulayıb. Klubun qapıçısı Manuel Noyer də azarkeş dəstəyini qabardıb.

Digər xəbərlər