AFFA HAKİM QƏRARINI LƏĞV ETDİ

AFFA HAKİM QƏRARINI LƏĞV ETDİ
Futbol
03 May 2016 - 14:16

AFFA İntizam Komitəsinin toplantısında qərarlar qəbul olunub.


27 aprel 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Azərbaycan Kubokunun 1/2 mərhələsinin “Neftçi” – “Qəbələ” matçının 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


“Neftçi” – “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu  Aleksey Qay və oyunun 86-cı  dəqiqəsində “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalanıb.




İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:


Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 19 №-li futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur.

Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.



"Neftçi" - "Qəbələ" oyunu baş hakim Əliyar Ağayevin qərarlarını ləğv edib.



1 may  2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Premyer Liqanın XXXII turunun “Zirə” – “Qarabağ” matçı başa çatdıqdan sonra Ağdam klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib.

Digər xəbərlər