İNGİLTƏRƏDƏ YENİ ÇEMPİON: "LESTER SİTİ"

İNGİLTƏRƏDƏ YENİ ÇEMPİON: "LESTER SİTİ"
Futbol
03 May 2016 - 11:16
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasında 36-cı tur başa çatıb.


London derbisində "Çelsi" "Tottenhem"i qəbul edib. Çempionluq iddiasını davam etdirmək üçün qonaqlar bu görüşdə mütləq qalib gəlməli idi. "Tottenhem" fasiləyə 2:0 öndə yollansa da, ikinci hissədə qapısında iki top görməklə qələbəni əldən verib - 2:2. Bu nəticədən sonra "Tottenhem"in lider "Lester Siti" ilə xal fərqi 7-yə yüksəlib. Buna görə də "Lester Siti" son iki turun nəticəsindən asılı olmayaraq 132 illik tarixində ilk dəfə Premyer Liqanın qalibi adını qazanıb.

Digər xəbərlər