KOSOVANIN UEFA HƏYƏCANI

KOSOVANIN UEFA HƏYƏCANI
Futbol
02 May 2016 - 19:26
Kosovanın UEFA və FİFA-ya üzvlük məsələsi gündəmə gətirilib.

Supersport.Az-ın məlumatına görə, mayın 3-də Macarıstanın paytaxtı Budapeştdə qitə qurumunun konqresində bu ölkənin üzvlüyü müzakirə olunacaq.

Kosova Futbol Federasiyasının prezidenti Fadil Vokrri, "Kosovanın UEFA və FİFA üzvlüyünə qəbul edilməsi, yeni bir səhifənin açılması deməkdir. Bu zaman ölkə futboluna xüsusi diqqət yetiriləcək", deyib.

Kosova UEFA üzvlüyünə qəbul edilsə, 13 mayda FİFA-ya müraciət olunacaq.

"Kosovaya ötən müddətdə Şenes Erzikin böyük dəstəyi oldu. Dostuma təşəkkürümü çatdırmaq istəyirəm. Onunla sıx əlaqəmiz var. Çünki bizləri birləşdirən ortaq bir tariximiz var. Bu müddətdə hər zaman yanımızda oldu, bizə kömək etməkdə tərəddüd etmədi" - deyə, Vokrri bildirib.

"Fənərbağça"da 1990-1992-ci illərdə forma geyən Fadil Vokrri, Oğuz Çətin, Rıdvan Dilmen, Tanju Çolak və Aykut Kocaman kimi tanınmışlarla birgə futbol oynayıb.

Kosovanın Poduyeva şəhərində 1960-ci ildə dünyaya gələn Fadil Vokrri, 1980-ci ildə "Priştina" Futbol Klubunda çıxış edib, ardından karyerasını "Partizan" və "Nimes"də davam etdirib.

1990-ci ildə "Fənərbağça"ya transfer olan Vokrri, 12 dəfə də Yuqoslaviya yığma komandasının forması geyib.

Vokrri, 2008-ci ildən Kosova Futbol Federasiyasınıın prezidentidir.

Digər xəbərlər