ALMAN PİLOT PUTİNƏ YUMRUQ GÖSTƏRDİ: ROSBERQ ŞUMAXERƏ ÇATDI

ALMAN PİLOT PUTİNƏ YUMRUQ GÖSTƏRDİ: ROSBERQ ŞUMAXERƏ ÇATDI
Digər, Formula-1
02 May 2016 - 11:31
Supersport.Az-ın məlumatına görə, "Formula-1" yarışında "Mersedes" komandasının üzvü Niko Rosberq bu il dördüncü dəfə uğura imza atıb. Alman pilot Avstraliya, Bəhreyn və Çindən sonra Rusiya Qran Prisini birinci yerdə başa vurub. Bununla o, ötən ildən indiyə qədər ardıcıl 7-ci qələbəsini qazanıb.

Rusiyanın Soçi şəhərində keçirilən "Formula-1" sezonunun 4-cü yarışında 5 min 848 metr məsafə üçün 53 dövrə vurulub. Startdan finişə kimi üstün olan Rosberq, 1:32:41.997-lik nəticə ilə karyerasında 18-ci dəfə birinci yeri tutub. İkiqat dünya çempionu Hamilton, 25 saniyə ilə geri qalmaqla ikinci, liderdən 31.9 saniyə gec gələn Raykkonen isə üçüncü olub.

Rusiya prezidenti Vladimir Putin uğur qazanan pilotları təbrik edib.

Ötən il son üç yarışı qazanan alman sürücü, ardıcıl 7-ci dəfə qalib gəlib. 30 yaşlı Rosberq bu göstərici ilə "Formula-1" tarixinin ən uzun qələbə seriyasının sahibləri Alberto Askari və Mixael Şumaxerin sırasına daxil olub. Bu baxımdan rekord - 9 birinciliklə Sebastyan Vettelə məxsusdur.

Rosberq xalını 100-ə çatdırmaqla rəqiblərindən xeyli irəli gedib. Hamilton 57 xalla ikinci, Raykkonen 43 xalla üçüncü sırada yer alıb.

Mövsümün 5-ci yarışı, İspaniya Qran Prisi mayın 15-də keçiriləcək.

Digər xəbərlər