"BARSELONA" DAHA BİR MANEƏNİ AŞDI: SUARESDƏN 35-Cİ QOL

"BARSELONA" DAHA BİR MANEƏNİ AŞDI: SUARESDƏN 35-Cİ QOL
Futbol
01 May 2016 - 06:24
Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasının 36-cı turunun bəzi oyunları keçirilib.

"Barselona" səfərdə "Real Betis"ə 2-0 hesabı ilə qalib gələrək, liderliyini qoruyub.

"Benito Villamar"in stadionunda 44 min tamaşaçının izlədiyi oyunda qolları İvan Rakitiç (50) və Luis Suares (81) vurub. Suares bu mövsüm 35-ci dəfə fərqlənib.

Qeyd edək ki, ilk iki yeri 85 xala malik "Barselona" və "Atletiko" bölüşdürür. "Real Madrid" 84 xalla üçüncüdür. 

Digər xəbərlər