BAKIDA BİR SIRA YOLLAR BAĞLI OLACAQ

BAKIDA BİR SIRA YOLLAR BAĞLI OLACAQ
Digər, Velosiped
28 Aprel 2016 - 22:25
Paytaxtda velosiped turu keçiriləcək.

Bakıda bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Supersport.Az xəbər verir ki, görüləcək tədbirlər “TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədardır.

Belə ki, may ayının 4-də saat 09.30-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.

Digər xəbərlər