OLİMPİYA STADİONU MARAFONUN ŞƏRƏFİNƏ FAN-ZONA AÇACAQ

OLİMPİYA STADİONU MARAFONUN ŞƏRƏFİNƏ FAN-ZONA AÇACAQ
Digər
27 Aprel 2016 - 23:51
Bakı Olimpiya Stadionunda marafon iştirakçılarını dəstəkləmək üçün fan-zona yaradılıb.

Supersport.Az xəbər verir ki, mayın 1-də keçiriləcək marafona olan böyük maraqla əlaqədar Olimpiya Stadionunda fan-zona yaradılacaq.

Qonaqlar müxətlif əyləncələrin olduğu stendləri gəzə, köpük və adi futbol oynaya bilərlər. Eləcə də bayram konsertində iştirak edə və tədbirin sponsorlarından mükafatların verildiyi lotereya oynaya bilərlər və əlbəttə ki, marafonun bütün iştirakçılarını salamlaya və mükafatlandırma mərasimində onları dəstəkləyə bilərlər.

Bundan başqa, burada gənc azarkeşlər üçün də əyləncələr – uşaq meydançaları, batutlar, mini-sirk, animatorların tmaşaları və s. olacaq.

Qeyd edək ki, fan-zona yarımmarafonun start götürdüyü andan, saat 10:00-dan axşama qədər fəaliyyət göstərəcək.

Giriş bütün arzuedənlər üçün sərbəstdir. Sürücülər üçün park zonası yaradılacaq, piyadalar isə fan-zonanın ərazisinə H.Əliyev adına prospekt istiqamətindən asanlıqla daxil ola bilərlər.

“Marafon və fan-zona ilə əlaqədar bütün suallar üçün +994 12 422 64 10, +994 12 422 64 15 nömrəli telefonlara zəng edə bilərsiniz. Şən həftəsonu keçirmək və “Küləyə qalib gələnlər”i dəstəkləmək üçün gəlin!”, - Bakı Olimpiya Stadionunun məlumatında deyilir.

Qeyd edək ki, mayın 1-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda 21 km məsafəyə ilk yarımmarafon keçiriləcək. Start nöqtəsi Bayraq meydanda, finiş – Bakı Olimpiya Stadionudur.

Digər xəbərlər